İranda 5 maqnitudalı zəlzələ baş verib.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki,  zəlzələ Simnan əyalətinin Zamanabad şəhərində qeydə alınıb.

Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib. Dağıntı və yaralılar barədə məlumat yoxdur.