Martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən CHP-nin prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğluna məxsus "X" sosial media platforması hesabına giriş bağlanıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Silivri həbsxanasında olan Əkrəm İmamoğlu saxlanıldığı gündən etibarən tez-tez sosial media hesabında paylaşımlar edir. 

Onun sonuncu paylaşımı da İstanbulda Beyazıt Mitinqi üçün çağırış mesajı olub. Bundan sonra İmamoğlunun "X" hesabı bloklanıb. Bu, CHP-də böyük reaksiya ilə qarşılanıb.

Gülayə Mecid