Papa XIV Leonun taxta çıxma mərasimi mayın 18-də baş tutacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Vatikan bəyanat yayıb. 

Bundan əlavə, yeni seçilmiş Papa mayın 21-də ilk ümumi auditoriyasını keçirəcək.

Bu gün o, Sikstin kapellasında pontifik kimi ilk ayinini qeyd edib.

Xatırladaq ki, yeni Roma Papasının adı dünən açıqlanıb. Amerikalı kardinal Robert Prevost pontifik seçilib. O, XIV Leo adını alıb. Yeni Papanın əsl adı Robert Francis Prevostdur. O, Çikaqoda anadan olub və 69 yaşındadır. Riyaziyyat təhsili var. 

Peruda Avqustin missiyasına qoşulduqdan qısa müddət sonra 1982-ci ildə keşiş təyin edilib. 1990-cı illərin sonlarında ABŞ-yə qayıdıb. O, 2014-cü ildə Papa Fransisk tərəfindən yepiskop təyin edilib, 2020-ci ildə isə Peruda apostol inzibatçısı təyin olunub. 2025-ci ilin fevralında Frensisk onu kardinal yepiskop rütbəsinə qaldırıb. O, tarixdə ABŞ-dən olan ilk Papadır.

Ağarza Elçinoğlu