Hindistanla atəşkəs elan edildikdən sonra Pakistanın hava məkanı yenidən açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi məlumat yayıb.
"Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam bərpa olunub. Ölkənin bütün hava limanları fəaliyyətini bərpa edib və normal uçuşlar üçün hazırdır ", - təşkilatın məlumatında qeyd olunub.
***08:42
Pakistan mayın 10-da bütün növ uçuşlar üçün hava məkanını bağlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan mediası məlumat dərc edib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında Nəzarət xətti boyunca döyüşlər yenidən başlayıb. Bunun fonunda da Hindistan 32 hava limanını bağlayıb.