Rusiya rəhbərliyi xüsusi əməliyyatın keçirildiyi ərazidə 30 günlük atəşkəs təklifinə baxacaq.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalına Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

O vurğulayıb ki, Rusiyanın atəşkəs məsələsində öz mövqeyi var.

Qeyd edək ki,  bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski "ən azı 30 gün müddətinə dərhal, tam və qeyd-şərtsiz atəşkəs" təklifini irəli sürüb.