Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Trabzonspor" doğma meydanda çempionluq mübarizəsi aparan "Qalatasaray" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "cim-bom" turnir cədvəlinin lideridir. Meydan sahibləri isə 46 xalla səkkizinci yerdədir.