Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynanın paytaxtı Kiyevə qatarla gediblər. 

"Unikal" xəbər verir ki, "gizli və diplomatik" status daşıyan səfərdə üç lider qatardakı görüntülərlə diqqət çəkiblər.

Belə ki, Qərb rəhbərlərinin qatarda "narkotikdən istifadə zamanı" jurnalistlərin obyektinə tuş gəldiyi iddia olunub. Sözügedən görüntülər dünya mediasında tirajlanıb və böyük əks-sədaya səbəb olub. 

Yayılan iddialardan sonra AFP və AP kimi xəbər agentliklərinin təqdim etdiyi yüksək keyfiyyətli foto və videolar araşdırılıb. İçində narkotikin olduğu iddia edilən ağ əşya əslində əzilmiş salfet imiş. Bildirilir ki,  Merzin də əlində salfet olub. Bununla yanaşı, Makron kameraları görüncə masanın üzərində olan digər əzilmiş salfeti götürür.  Və səmimi pozalar verir. 

Görüntülərlə bağlı iddialara Qərb mediası belə aydınlıq gətirib. Yenə də onların bu hərəkəti əsassız və ya əsaslı xəbərlərin tirajlanmasına səbəb olub. 

Gülayə Mecid