Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 10-da və 11-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

"Unikal" xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35,5 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın metamfetamin, həmçinin 679 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.