İndiyədək 38 ölkəni ziyarət etmiş səyahət həvəskarı Veena McCoole dünyanın üç ən gözəl şəhərinin adını açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səyahətçi onu ən çox heyran edən və hər fürsətdə tövsiyə etdiyi üç sevimli şəhərini istifadəçiləri ilə bölüşüb.

Veena görə, Adriatik dənizi sahilində yerləşən Dubrovnik (Tarixən Raqusa kimi tanınan Dubrovnik, Xorvatiyanın cənubunda Adriatik dənizi sahilində bir şəhərdir, - red) Avropa yay tətilləri üçün qaçırılmaz yerdir. 

Dubrovnik travel - Lonely Planet | Croatia, Europe

Bu füsunkar Xorvat liman şəhəri tarixi divarlarla əhatə olunub; Dar daş küçələri, ənənəvi restoranları və qayalı çimərlikləri ilə qısa zamanda kəşf oluna biləcək dinc bir məkan təqdim edir. Səyahətçi, xüsusilə “Game of Thrones” filminin çəkildiyi simvolik Fort Lovrijenacı ziyarət etməyi və heyrətamiz dəniz mənzərələrindən həzz almaq üçün şəhərin qalaları boyunca gəzməyi tövsiyə edir.

Luxury Dubrovnik Holidays 2025/2026 | Sovereign

Norveçin cənub-qərbində yerləşən Bergen rəngarəng taxta evləri və təbii gözəlliyi ilə təbiət həvəskarları üçün cənnətdir.

bryggen, bergen, the docks – Fjords & Beaches

McCoolenun məsləhətinə görə, səyahətinizə Balıq Bazarında təzə dəniz məhsulları ilə başlayın. Sonra funikulyorla Floyen dağına qalxın və möhtəşəm panoramik mənzərə ilə təbiət gəzintilərinə qoşulun. Bergendə ən unudulmaz təcrübə gündəlik fiyord turlarıdır.

How to spend a weekend in Bergen, the gateway to Norway's fjords

Anadan olub böyüdüyü Sinqapuru da siyahısına əlavə edən McCoole deyir ki, o, bu Asiya metropolunun təklif etdiyi müxtəlifliyi hər səfərində yenidən kəşf edir.

Baki-Sinqapur Aviabileti : ₼1,632

McCoole'un sevimli fəaliyyətləri arasında "Hawker Centers" adlı açıq havada yerləşən ərzaq bazarlarında Asiya küçə yeməklərinin dadına baxmaq və yeni açılmış müasir bar və kafeləri araşdırmaq daxildir.

Understanding Singapore's Climate Regulations and How Terrascope Helps  Businesses Navigate Them

Təbiət və tarix həvəskarları üçün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Sinqapur Nəbatat Bağları mütləq görməli yerdir. Daha aktiv bir gün keçirmək istəyənlər üçün Fort Canning Hill-ə dırmaşmaq və zirvədəki tarixi Battlebox Bunkerini ziyarət etmək mütləq görməli yerlər arasındadır.

Gülayə Mecid