"Şakir Paşa ailesi" serialına 11 aktyor vida edəcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdən etibarən ekran işinin əsas aktyorları Helin Kandemir, Nilsu Berfin Aktaş, Denise Capezza, Onur Durmaz, Cem Yiğit Üzümoğlu, Məryəm Üzərli, Fırat Tanış, Devrim Yakut, Azra Aksu, Onur Dikmen, Vahide Perçin lahiyədə yer almayacaq.

Qeyd edək ki, serialın 15-ci bölümdə mövsüm finalı edəcəyi bildirilib. Yeni mövsümdən etibarən isə ekran işindəki hadisələr illər keçmiş halı ilə cərəyan edəcək.