13.05.2025-ci il tarixində saat 00:00 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.
***12:27
Gəncədə xəsarət alan 18 yaşlı oğlan xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, 2007-ci il təvəllüdlü E.İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyən edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
*** 09:07
Gəncədə 18 yaşlı gənc oğlan naməlum şəraitdə ağır xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü Elgün İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov