Yeni aldığı evini təmir edən kişi divarda təxminən  105 472  AZN dəyərində nağd pul tapıb.  Lakin onun sevinci qısa sürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Tono Pineiro İspaniyanın şimal-qərbindəki Luqo şəhərindən ev alıb. 

O, evini təmir edərkən divarda gizlədilmiş altı Nesquik qutusu tapıb. Qutuların içərisində təxminən 47 min funt sterlinq dəyərində köhnə İspan pesetasını aşkarlayıb, 

Lakin kişinin sevinci uzun sürməyib. Çünki onun tapdığı sikkələr 2002-ci ildə İspaniyanın avroya keçidi zamanı dövriyyədən çıxarılan köhnə pesetalar idi. Üstəlik, əskinasların bəziləri o qədər köhnə idi ki, onları artıq avroya çevirmək mümkün olmayıb. Bank rəsmiləri belə köhnə əskinasların dəyişdirilməsi üçün son müddətin keçdiyini və pulun bir hissəsinin tamamilə dəyərsiz olduğunu bildiriblər..

Buna baxmayaraq, Pineiro daha yeni əskinasların bir qismini avroya çevirib və həmin pulla evini təmir etdirib. Pulun bir hissəsini isə xatirə olaraq saxlayıb. 

 Gülayə Mecid