İstanbulun Büyükçekmece rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələnin 6,84 kilometr dərinlikdə qeydə alındığı deyilir.
Kandilli Rəsədxanası isə zəlzələnin 4,1 bal gücündə olduğunu və 13,6 kilometr dərinlikdə meydana gəldiyini bildirib.
Ağarza Elçinoğlu