Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib ki, cümə axşamı, mayın 15-də Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Ukrayna lideri Rusiya prezidenti Vladimir Putinlə Ankara və ya İstanbulda görüşməyə ümid etdiyini də bildirib.
Kiyevin Rusiya Federasiyası və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirib-görməməsi barədə danışan Zelenski mənfi cavab verib.
"Biz hələ başqa formatları işləməmişik və ya müzakirə etməmişik. Mən tək olmayacağam, bu bir faktdır, amma məsələ bu deyil", - deyə Zelenski bildirib.
Siyasətçi əlavə edib ki, gələcəkdə danışıqlar qruplarının görüşləri mümkündür, lakin onun fikrincə, bunun baş verməsi üçün atəşkəslə bağlı razılaşmaların əldə olunması lazımdır.