"Now"da yayımlanan "Hudutsuz sevda" serialında yeni mövsümdə köhnə aktyor heyətindən kimlərin qalacağı bəlli olub.
"Unikal" xəbər verir ki, onlar Deniz Can Aktaş (Halil İbrahim), Burak Sevinç (Fikret), Mehmet Korhan Fırat (Oğuz), Caner Kurtaran (Mecnun) və Engin Benlidir (İskəndər).
Layihənin yeni mövsüm üçün ssenarisi iyuldan yazılmağa başlayacaq.
Qeyd edək ki, serial yeni mövsümdən "Halo" adlanacaq.