Liviyanın paytaxtı Tripolidə Milli Razılıq Hökuməti qüvvələri ilə Sabitliyə Dəstək Aparatı (SSA) arasında silahlı toqquşmalar yenidən başlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə "Al Wasat" nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, döyüşlər Liviya prezident şurasında SSA rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb. O, Tripoli Hərbi Dairəsinin 444-cü Briqadasının qərargahında öldürülüb, bundan sonra briqada SSA qərargahına hücum əmri alıb və hücuma başlayıb.

Gülayə Mecid