Çin sosial mediasında insana bənzər sifətli meymunun görüntüləri yayılıb.

"Unikal" xəbər verir ki, qara saçlı və kvadrat üzlü meymun Hefei zooparkında (Anhui əyaləti) yaşayır. 

Bu, "Dazhuang" ləqəbli, çin dilində "böyük və güclü" mənasını verən erkək qara başlı kapuçin meymunudur.

Meymun 10 ildir zooparkda yaşasa da, may bayramları zamanı bir ziyarətçi onun videosunu "Douyin"də (TikTokun Çin ekvivalenti) paylaşıb və  sözügedən görüntü diqqət çəkib. Kapuçinin qeyri-adi görünüşü var. Onun üz cizgiləri insana bənzəyir.