Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.

DİN-dən "Unikal"a bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.  

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.