Goranboyda qadının tir gülləsindən xəsarət alamasının detaları məlum olub.

"Unikal"ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onu həyat yoldaşı olması müəyyən edilib. Məlumata görə, ailənin əkiz övladları xəstə olduğu üçün sərçə ətinin verilməsi məsləhət verilib. Onlar da yaşadığı evin həyətində sərçə ovlayan zaman tirdən açılan atəş ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***

14.05.2025-ci il tarixində saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, qarnın ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

****

23:02

Goranboyda qadın ehtiyatsızlıqdan xəsarət alıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Dəyirmanlar kəndində baş verib. Belə ki 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarının küt travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib.

Məlumata görə, gənc qadının  qayınanası - 1968-cı il təvəllüdlü Gülxanım Xudaverdiyevanın  əlində olan tirdən atılan güllə dəmiri keçərək ona dəyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov