Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə  cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

***

10:49

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, rayonun Atakişili kənd sakini Abdullayeva Pərvanə Alı qızı xəstəxanada appendiksdən əməliyyat olunduqdan sonra halı pisləşib və ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.