Biləsuvarda yol qəzasında motosikletçi xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1980-cı il təvəllüdlü Ramin Nizaməli oğlu Məlikovun idarə etdiyi motosiklet  “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Qəzada müxtəlif dərəcəli bədən xasarətləri alan R. Məlikov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zəruri tibbi yardım göstərilən yaralının vəziyyətini həkimlər orta dərəcəli qiymətləndirir.

Qeyd edək ki, Lənkəran şəhər sakini olan Ramin qəzaya düşdüyü motosikleti Gəncədən alıb evinə aparırmış.

Xəlil Əliyev