Bir neçə gün əvvəl Masallı rayonunda dəhşətli hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.

Hadisəyə səbəb F.Talıbovun "Mercedes" markalı avtomobilinin nasaz olması və onu ustaya aparmaq istəməsi olub. Belə ki, o, maşınını digər nəqliyyat vasitəsinə qoşub. Özü isə yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib. Kənd ərazisində hərəkətdə olarkən qarşıdakı avtomobilə bərkidilmiş maşın idarəetmədən çıxıb.

F.Talıbov maşının aşacağını ehtimal edib və avtomobilin qapısından özünü yerə atıb. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks istiqamətdən gələn digər “Mercedes” markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, faciəli şəkildə ölən Fəyyaz “Gilan İnşaat” MMC-nin əməkdaşı olub. Onun fotosunu təqdim edirik.