Bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.

Bu barədə "Unikal"a açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. 

O qeyd edib ki, əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb:

"Araşdırmalarla onun 1 il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".

Əlavə edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.

***

15:12

Bakıda avtomobil yandırılıb.

"Unikal"ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib. “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının qəsdən törədildiyi məlum olub. Belə ki, yanğını avtomobili almaq üçün 7 min manat versə də, onu ala bilməyən şəxs törədib.

Seymur Əli