Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 8-ci sinifində oxuyurdu.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca