Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşü nəzərdə tutulmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır. 

Ərdoğanın mayın 15-də Ankarada bir sıra tədbirlərə qatılacağı bildirilir. Belə ki, o, Ukrayna prezidenti Volodimir Zelenskini öz iqamətgahında qəbul edəcək, daha sonra hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) konqres mərkəzində və Türkiyə Ticarət, Sənaye və Birjalar Birliyində (TOBB) tədbirlərə qatılacaq.

Gülayə Mecid