Gəncədə minik maşını evə çırpılıb, xəsrət alan var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "OPEL" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Nəticədə 1998-cı il təvəllüdlü E.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı avtomobilə və evə ziyan dəyib. Hadisə yerinə DYP əməkadaşları cəlb olunub.

Fakt araşdırılır.