Gəncə sakini bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən restoranların birində baş verib.Şəhər sakini 1994-cü il təvəllüdlü Y.İbrahimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, Y.İbrahimov restoranların birində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

TƏBİB-dən bildirilib ki, 16.05.2025-ci il tarixində saat 08:30 radələrində 1994-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. 

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov