Xəzər rayonu ərazisində ayrı-ayrı 3 vətəndaşa məxsus yaşayış sahələrindən elektrik naqilləri, təmir, təsərrüfat alətləri oğurlanıb və nəticədə zərərçəkənlərə 2200 manatdan artıq maddi zərər vurulub.
"Unikal" xəbər verir ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 47 yaşlı R.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.