Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi və Yasamal rayonlarında 4 paytaxt sakini 4 avtomat silahı və 43 patronu, həmçinin Sumqayıt şəhər sakini olan bir nəfər tapdığı tapançanı könüllü polisə təhvil verib.
Araşdırmalar aparılır.