"Avropa siyasi birliyi siyasi dialoq üçün unikal platformaya çevrilib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan X sosial şəbəkəsində yazıb. 

Nazir Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti ilə bağlı bu sözləri yazıb: "Avropa siyasi birliyi sülh üçün effektiv həll yollarının tapılmasına, yaxın və daha geniş qonşuluğumuzun təhlükəsizliyinin və rifahının möhkəmləndirilməsinə yönəlmiş siyasi dialoq və əməkdaşlığın təşviqi üçün unikal platformaya çevrilib. Bu anlaşma Ermənistanın bu dəfə Tiranada fəal iştirakı və təşəbbüslərinin əsasında dayanır". 

Ağarza Elçinoğlu