"Rusiya Finlandiya ilə sərhəddə hərbi qüvvələrini gücləndirməyə başlayıb". 

"Unikal" xəbər verir ki, bu  barədə “The New York Times” mənbələrə istinadən yazır. 

"Son peyk görüntülərinə görə, Rusiya qoşunları Finlandiya ilə sərhəd yaxınlığında bazalarını gücləndirir və hərbi infrastruktur qurur", - nəşr qeyd edib. 

NATO nümayəndələrinin sözlərinə görə, kadrlarda hərbi texnikanın saxlanması üçün yeni çadırlar və anbarlar görünür ki, bu da Moskvanın Finlandiya yaxınlığında mövcudluğunu artırdığını göstərir.

Qəzet yazır ki, Rusiya hərbi fəallığı Finlandiya sərhədi yaxınlığındakı Kamenka və Alakurtti hərbi bazaları ərazisində, eləcə də Estoniya ilə sərhəd bölgələrində müşahidə olunub.

Gülayə Mecid