Haitidə qadın 40 dəstə üzvünü öldürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Port-o-Prensdə emandadas adlı ənənəvi Haiti xəmirləri satan qadın ailəsinin qisasını almaq məqsədilə cinayət törədib. 

Belə ki, qadın cinayətkar dəstənin 40 üzvünə “ərazini qoruduqlarına” görə minnətdarlıq əlaməti olaraq onlara pulsuz piroqlar təklif edib. Yeməyi yedikdən bir neçə dəqiqə sonra bütün kişilər şiddətli qarın ağrısı, qusma və vəziyyətlərinin ümumi pisləşməsindən şikayət etməyə başlayıblar. Tibbi yardım gələnə qədər onların hamısı ölüb. 

Qadın daha sonra qalan dəstə üzvlərindən qorxaraq evini tərk edib. Bildirilir ki, hadisədən az sonra onun evi yandırılaraq tamamilə dağılıb.

Məlumata görə, haitili qadın könüllü olaraq polisə təslim olub və cinayətkarları zəhərləmək planını hazırladığını və həyata keçirdiyini etiraf edib. O, tək hərəkət etdiyini söyləyib. Onun cinayətdə ittiham edilib-edilməyəcəyi hələlik məlum deyil.

Gülayə Mecid