"Lion"un hücumçusu Aleksandr Lakazetin evi qarət edilib.

"Unikal" xəbər verir ki, hadisə Fransa çempionatının 34-cü turunun "Anje" ilə oyunu (2:0) zamanı olub.

Oğurluq oyun başlayandan yarım saat sonra baş verib.

Qarəti iki şəxs törədib. Onlar evdən qızıl-zinət əşyaları və pul oğurlayıblar. Zərərin ümumi məbləği 10 min avrodan çoxdur. Polis faktla bağlı araşdırmalara başlayıb.