Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp hər iki ölkə məhbuslarının "9-dan 9-a" mübadiləsi planlarını müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Konkret olaraq Trampla telefon danışığında iki ölkənin məhbus mübadiləsindən bəhs edilib. Bu, mühüm humanitar aksiyadır. Artıq son aylarda bir neçə belə aksiya həyata keçirilib. Prezidentlər qeyd ediblər ki, hazırda "9 nəfərin 9 nəfərə" mübadiləsi üzərində iş gedir", - o, jurnalistlərə bildirib.

Uşakov qeyd edib ki, iki lider arasında söhbət səmimi və konstruktiv olub və qarşılıqlı hörmət ruhunda keçib. Liderlər Rusiya ilə ABŞ arasında münasibətlərin vəziyyətini müzakirə etdilər və onların daha da normallaşmasının tərəfdarı olduqlarını söyləyiblər; Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə dialoqu davam etdirməyə razılaşdı; Tramp Rusiyanı ABŞ-ın ən mühüm tərəfdaşlarından biri kimi görür.

“Söhbətdə Rusiya və Ukrayna arasında atəşkəslə bağlı mümkün razılaşmanın əldə olunması üçün vaxt çərçivəsi barədə heç bir söhbət olmayıb”, - Rusiya prezidentinin köməkçisi qeyd edib.