Rusiyalı müğənni Filipp Kirkorovun iki pərəstişkarı onu məhkəməyə verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  buna səbəb sənətçinin 2020-ci ildə koronavirus məhdudiyyətləri zamanı baş tutmayan konsertləridir. Belə ki, müğənninin pərəstişkarları konsertdə bilet alsalar da, gedə bilməyiblər. Nəticədə onlar biletlərin pullarını geri almaq üçün məhkəmə müraciət ediblər. 

Məhkəmə azarkeşlərdən birinə təxminən 40 min rubl ( 843 AZN), ikincisinə isə təxminən 20 min rubl ( 421 AZN) təzminat ödəyib.