Zaman-zaman dünyanı idarə edən liderlərin fiziki xüsusiyyətləri də qərarları qədər müzakirə mövzusuna çevrilir. Xüsusilə beynəlxalq zirvələrdə bir araya gələndə kamera obyektivinin ilk tutduğu detallardan biri boy fərqidir. 

"Unikal" xəbər verir ki, bu maraqlı reytinqin ilk sırasında sözün əsl mənasında “kölgə qoyan” bir ad var. Ginnesin Rekordlar Kitabına görə, hazırda ən uzunboylu lider Albaniyanın baş naziri Edi Ramadır. Boyu 200,66 sm olan Rama əvvəllər peşəkar basketbol oynayan idmançıdır. Bu fiziki xüsusiyyəti sayəsində o, dünya liderləri arasında sözün əsl mənasında “fərqlənir”.

İlk törende 'en uzun' başbakanı karşıladı - Son Dakika Haber

Qeyri-ənənəvi üslubu və diplomatik jestləri ilə də tanınan Edi Rama bu yaxınlarda Avropa Siyasi Birliyinin sammitində İtaliyanın baş naziri Giorgia Meloni qırmızı xalçada qarşılayarkən diqqət çəkib.

Edi Ramanın ardınca digər uzunboylu liderlər bu şəxslərdir:

Aleksandar Vuçiç (Serbiya Prezidenti): 198 sm

Serbia unlikely to join EU before end of decade, says President Vucic |  Cyprus Mail

Castin Trüdo (Kanadanın keçmiş baş naziri): 188 sm

Trüdo parlamenti tərk edərkən kreslosunu da özü ilə aparıb - FOTO

Rəcəb Tayyib Ərdoğan (Türkiyə Prezidenti): 185 sm

İntikam planı tutmadı - Aktüel Haberleri

Boris Conson (Böyük Britaniyanın keçmiş baş naziri): 175 sm

Boris Conson müsahibə üçün Karlsondan 1 milyon dollar istəyib | Hafta.az

Vladimir Putin (Rusiya Prezidenti): 170 sm

Putinin yeni xarici siyasəti: Rusiya daha da azğınlaşacaq

Bu liderlər təkcə siyasi mövqeyi ilə deyil, həm də vizual varlığı ilə ictimaiyyətdə güclü təəssürat yaradır.

Siyahının sonunda isə İrlandiya Prezidenti Maykl Deniyel Hiqqins yer alıb. 

Higgins calls for solidarity in face of 'cowardly' attacks – The Irish TimesTəxminən 160 sm boyu ilə o, hazırkı liderlərin ən qısaboyulusudur. Hiqqins İrlandiya xalqı tərəfindən çox sevilən bir siyasətçidir. 

Liderlərin boyu media və ictimaiyyət tərəfindən bəzən yumoristik şəkildə müqayisə edilsə də, ekspertlər bu cür fiziki detalların siyasi bacarıqlara kölgə salmamalı olduğunu qeyd edirlər. 

Gülayə Mecid