Mayın 20-də Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxarılmasına səs verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Macarıstanın BCM-dən çıxması ilə bağlı yekun qərarı 134 deputat dəstəkləyib, 37 deputat əleyhinə çıxıb, 7 deputat isə bitərəf qalıb.
Xarici işlər və ticarət naziri Peter Sijarto bildirib ki, hökumət yaxın vaxtlarda qərar barədə BMT-nin Baş katibinə məlumat verəcək. O, BCM-nin son vaxtlar mübahisəli bir quruma çevrildiyini, çünki hakimlərin ölən HƏMAS liderləri və İsrailin baş naziri Benyamin Netanyahu üçün həbs orderləri vermək kimi məntiqsiz işlər gördüyünü deyib.
Qeyd edək ki, aprelin 3-də Macarıstan BCM-dən çıxdığını elan edib. Bu açıqlama İsrailin baş naziri Benyamin Netanyahunun beynəlxalq həbs qərarına baxmayaraq, Budapeştə gəldiyi gün verilib.
Ağarza Elçinoğlu