Erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.
Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası Youtube-nin qeyd edilən səhifəsindən silinib.
Xatırladaq ki, bundan əvvəl "Unikal" erməni qarmon ifaçısı Gagik Stepanyanın sözləri Fikrət Qocaya, musiqisi isə Ramiz Mirişliyə məxsus olan "Ay bəri bax" mahnısını oğurlaması barədə məlumat yaymışdı.