İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasındakı Palembanq şəhərindən 300 km cənub-qərbdə olub. Seysmik hadisənin mənbəyi 55 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.