Belçika Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".

*** 15:52

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün sahələrinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində heyrətamiz nəticələrə, yüksək iqtisadı inkişaf templərinə, dünya birliyində nüfuzunun möhkəmləndirilməsinə nail olmuş, uğurlu beynəlxalq layihələrin təşəbbüskarı kimi xüsusi rol oynamışdır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə minnətdarıq. ŞƏT-in dialoq üzrə tərəfdaşı olaraq Azərbaycan 10 ildən artıqdır ki, təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əminik ki, Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq gələcəkdə də möhkəmənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycanın daha da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və əmin-amanlıq arzu edim".

*** 14:40

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal"ın məlumatına görə, məktubda deyilir:

"28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bir əsr əvvəl Azərbaycan xalqı öz müqəddəratını müstəqil həll etmək, doğma torpağının bu gününü və gələcəyini müəyyənləşdirmək kimi müstəsna hüququnu müdafiə etdi. Bu cəsarətli seçim, nəsillərin qırılmaz əlaqəsi və ideya mirası Azərbaycan dövlətinin gələcək tarixini, ən əsası isə müasir uğur və nailiyyətlərini böyük dərəcədə qabaqcadan müəyyən etdi. Qoy, bu möhtəşəm günün sevinci, ümumi yüksək məqsədlər ətrafında birliyin xüsusi ruhu Sizin və gözəl ölkənizin bütün vətəndaşları üçün Azərbaycanın firavanlığı naminə bundan sonra da yorulmaz quruculuq işlərində ilham mənbəyinə və yeni gücə çevrilsin!

Bu fürsətdən istifadə edərək, Tatarıstan Respublikasına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq ənənələrini artırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə, yaxınlarınıza və respublikanın sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və gözəl bayram əhvali-ruhiyyəsi arzulayıram".

*** 13:24

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı tərəqqi diləyir, ən xoş arzularımı ifadə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

*** 12:10

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram".