Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Vaqa ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.
"Unikal" xəbər verir kİ, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, tiktokerin həbs müddəti daha 1 ay uzadılıb.
Xatırladaq ki, sonuncu dəfə "Vaqa" ləqəbli tiktokerin həbs müddəti ötən ayın 18-də 1 ay müddətinə uzadılmışdı.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.