Ağstafada 20 yaşlı gənc qız dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib. Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Röya Tağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənc qadına dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə R. Tağıyeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.