Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.