Tanınmış aktrisa Şerif Sezer qəzaya düşüb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisanın olduğu avtomobil  Muğlanın Bodrum mahalında qarşıdan gələn minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.  

Minik maşınında olan şəxslər isə yaralanıb. Qəza nəticəsində yaralanan aktrisa Sezer xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər. 

Qeyd edək ki, Şerif Sezer bir çox ekran işində rol alıb. O, sonuncu dəfə "Yalı çapkını" serialında "Hattuş hala" obrazını canlandırıb. 

Gülayə Mecid