"Mən Fransanın çətin danışıqlar nəticəsində tərəflərin razılığa gəldiyi Sülh Sazişini dəstəklədiyini bir daha vurğulamaq üçün Ermənistana gəlmişəm".

"Unikal" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.

"Sazişi imzalamaq və ratifikasiya etmək vaxtıdır. Fransa, ABŞ və Avropa bunu gözləyir. Mən Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi ifadə etməyə gəlmişəm", - nazir deyib. 

Ağarza Elçinoğlu