Türkiyə Ukraynada nizamlanma üçün hər cür dəstəyi verməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, mayın 26-da Rusiya prezidenti Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsi kontekstində Türkiyəni narahat edən bir sıra məsələləri müzakirə edib.

Fidan əlavə edib ki, Ankara Rusiya ilə Ukrayna arasında növbəti görüşlərin Türkiyədə keçirilməsi tələbini Rusiya tərəfinə çatdırıb.

Gülayə Mecid