Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi ölkənin cənub-şərqindəki Pohanq şəhərində dağda qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Təyyarədə dörd nəfər olub. Onların hamısının qəzada öldüyü deyilir. 

Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil. 

Ağarza Elçinoğlu