Mingəçevirdə çayda batmaq üzrə olan yaşlı qadın xilas edilib.
"Unikal"ın məlumatına görə, hadisə Kür çayının Mingəçevirin Sahil parkı ərazisindən keçən hissəsində baş verib. Gözlənilmədən çaya düşərək batmaq üzrə olan 1955-ci il təvəllüdlü Hüseynova Qəmər Kazım qızı FHN-nın Aran dalğıc axtarış qrupunun əməkdaşı tərəfindən xilas edilərək sahilə çıxarılıb. Ətrafdakılar yaşlı qadını xəstəxanaya aparmaq istəyərkən, o, sahildə ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov