Araz Musayevi bıçaqlayan daha 3 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, ümumilikdə saxlanılan 5 nəfərdən üçü Özbəkistan, ikisi isə Azərbaycan vətəndaşıdır.

Saxlanılan Azərbaycan vətəndaşlaır Azər Həsənsoyla Elşən Abdulrəhimovdur.

Xatırladaq ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev çərşənbə günü, mayın 28-də Türkiyədə bıçaqlanıb. Ona boyun və qarın nahiyəsindən iki bıçaq zərbəsi vurulub.

Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib.