Gəncədə yeniyetmə oğlanı qətlə yetirən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
XXX
21:29
Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 2010-ci il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərinin tibbi müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etməm mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Tural Əhmədov